...

Azərbaycanda uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

Gündəm Materials 28 Aprel 2022 13:07 (UTC +04:00)
Azərbaycanda uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında T.Musayev hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:

“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti