...

Metropolitendə işlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yalandır - Bəxtiyar Məmmədov (FOTO)

Gündəm Materials 5 May 2022 17:43 (UTC +04:00)
Metropolitendə işlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yalandır - Bəxtiyar Məmmədov (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin rəhbərinin adından yayılan iş təkliflərinə aydınlıq gətirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar yalandır.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-də işçiyə ehtiyac olunduqda elanlar verilir.

"Metropolitendə işə götürmə şəffaf və mərhələli şəkildə işə qəbul prosesi həyata keçirilir. Hər hansı bir qeyri-qanuni yolla “Bakı Metropoliteni” QSC-də işə düzəlmək qeyri mümkündür", - B.Məmmədov deyib.

Qeyd edək ki, naməlum şəxs QSC rəhbərinin adından vətəndaşa votsap vasitəsi ilə mesaj yazaraq “Bakı Metropoliteni”ndə aylıq 650 manata "iş" təklifi edib. Lakin vətəndaş onun təklifini rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti