...

"Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 18 May 2022 17:26 (UTC +04:00)
"Anatolian Phoenix - 2022” təliminin ərazisinə baxış keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

"Anatolian Phoenix - 2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra edilib. Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti