...

Zakir Sultanov cəzaçəkmə müəssisəsinə köçürüldü

Gündəm Materials 19 May 2022 14:38 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, hazırda həbsdə olan Zakir Sultanov istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.

Trend-in məlumatına görə, sabiq xidmət rəisi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Z.Sultanovun cəzası 11 ildən 5 il 6 aya endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti