...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 5 İyun 2022 16:45 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 544 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 079, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 733 819, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 325, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 964, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 287 880, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 246 650 isə nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti