...

Bəzən məhbuslara işgəncə verilməsi ilə bağlı yalan məlumatlar daxil olur - Ombudsman Aparatı

Gündəm Materials 8 İyun 2022 12:01 (UTC +04:00)
Bəzən məhbuslara işgəncə verilməsi ilə bağlı yalan məlumatlar daxil olur - Ombudsman Aparatı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi hallarda cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi ilə bağlı yalan məlumatlar daxil olur.

Trend-in məlumatına görə, bunu Ombudsman Aparatının müavini Aydın Səfixanlı "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Ombudsman Aparatının qaynar xəttinə gələn bütün zənglər dərhal araşdırıldığından məhbus yaxınları bundan sui-istifadə edirlər.

Məsələn, Ombudsman Aparatına bir nəfər ana zəng etmişdi ki, guya cəzaçəkmə müəssisəsində oğlunun dırnağını çıxarırlar. Təcili deyilən əraziyə nümayəndə heyəti göndərildi. Məlum oldu ki, məlumat yalandır.

Yenidən həmin məhkumun anası ilə əlaqə saxlanılıb. O isə deyib ki, elə belə dedim ki, gedib görərsiz, bilim ki, oğlum yaxşıdır, yoxsa yox. Qaynar xəttə gələn bütün müraciətlərə biz bu şəkildə dərhal reaksiya veririk. Lakin bu kimi yalan müraciətlərlə əsassız yerə qurumun vaxtını almaq doğru deyil", - A.Səfixanlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti