...

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların buraxılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 15 İyun 2022 10:25 (UTC +04:00)
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində 2022-ci il üzrə buraxılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, 50-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti