...

Ağ Ev Ukraynadan taxıl ixracı ilə bağlı Türkiyə prezidentinə təşəkkür edib

Gündəm Materials 26 İyul 2022 23:50 (UTC +04:00)
Ağ Ev Ukraynadan taxıl ixracı ilə bağlı Türkiyə prezidentinə təşəkkür edib

Bakı. Trend:

Ağ Ev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynadan taxıl ixracı ilə bağlı Birgə Koordinasiya Mərkəzinin yaradılması səylərinə görə təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

ABŞ və Türkiyənin bir çox mövzuda əlaqədə olduğunu qeyd edən C. Kirbi bildirib: "Birgə Koordinasiya Mərkəzinin yaradılması istiqamətində göstərdikləri səylərə görə prezident Ərdoğana, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşə təşəkkür edirik".

R.T.Ərdoğanın Rusiyaya gözlənilən səfərini şərh edən C.Kirbi deyib: “Bu səfərin miqyasının qiymətləndirilməsini prezident Ərdoğana buraxırıq. Türkiyə və Rusiyanın ikitərəfli münasibətləri var. Türkiyə Birgə Əlaqələndirici Nöqtənin həyata keçirilməsində iştirak edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti