...

Azərbaycan peşə məktəblərində bir neçə ixtisasın tədrisi üzrə Türkiyə ilə əməkdaşlıq edəcək

Gündəm Materials 1 Avqust 2022 11:54 (UTC +04:00)
Azərbaycan peşə məktəblərində bir neçə ixtisasın tədrisi üzrə Türkiyə ilə əməkdaşlıq edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan arasında peşə təhsili istiqamətində əməkdaşlığa dair saziş imzalanmışdı. Bakı və Qəbələdəki peşə təhsili müəssisəsində 6 ixtisas üzrə əməkdaşlıq nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.

O bildirib ki, əməkdaşlıq Qəbələdə turizm və xidmət sahələri, Bakıdakı təhsil müəssisəsində isə tekstil və İT üzrə olacaq.

C.Kərəmov qeyd edib ki, bu müəssisələrin tədris proqramında Türkiyə təcrübəsi nəzərə alınacaq. “Eyni zamanda bu məktəblərin qurulması və idarə olunmasında türkiyəli müəllimlər iştirak edəcək. Qəbul 2023-2024-cü tədris ilində aparılacaq və Azərbaycan və Türkiyə vətəndaşlarına açıq olacaq. Bakıdakı peşə təhsili üçün yeni tədris binası tikilir, növbəti ilə qədər yeni emalatxananın tikilməsi də planlaşdırılır. Qəbələdə isə infrastruktur yenilikləri aparılır. Bu müəssisələrin maddi-texniki baza təminatını Türkiyə, binaların tikilməsi xərclərini isə Azərbaycan hökuməti üzərinə götürüb", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti