...

Tərtərdə 2 nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparılır (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 1 Oktyabr 2022 13:04 (UTC +04:00)
Tərtərdə 2 nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparılır (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

XXX
Saat 12.02

Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında 2 nəfər minaya düşüb.

Trend-in məlumatına görə, minaya düşən şəxslər rayonun Səhlabad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğludur.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti