...

Düşməni pusquya saldıq, onların canlı qüvvəsini və texnikasını məhv etdik - Xudafərinin azad olunmasından 2 il ötür (FOTO)

Gündəm Materials 18 Oktyabr 2022 15:01 (UTC +04:00)
Düşməni pusquya saldıq, onların canlı qüvvəsini və texnikasını məhv etdik - Xudafərinin azad olunmasından 2 il ötür (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı üçün önəmli günlərdən biri də oktyabrın 18-dir. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də 70 ildən sonra əsarət zəncirlərindən xilas olaraq müstəqilliyini bərpa etdi. 2020-ci il 18 oktyabr tarixində isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti müjdəni, tarixi Xudafərin körpüsünün düşmən işğalından azad edildiyi xəbərini verdi.

Trend-in Qarabağ bürosunun əməkdaşları bu tarixi qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu ilə görüşüb.

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov Trend-ə bildirib ki, bir sutkadan az müddətə qüvvələr Dəlidağ silsiləsinə çatıb:

"Əməliyyatımız düşmən arxasına sızma ilə baş tutdu. Biz silsiləni götürdükdən sonra düşməni pusquya saldıq, onların canlı qüvvəsini və texnikasını məhv etdik. Bundan sonra ordumuz itki vermədən tarixi Xudafərin kəndini və Xudafərin körpüsünü tamamilə azad etdi və bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edildi", - deyə o, qeyd edib.

Polkovnik-leytenant Ələddin Tağıyev isə Trend-ə bildirib ki, Xudafərin qısa müddətdə azad olunmalı idi:

"Gecəyarısı Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qrupu erməni xüsusi təyinatlılarının içinə sızmağı bacardı. İtki verən erməni hərbçilər çaşbaş qalmışdı. Biz onları qovub, öz əzəli torpaqlarımıza bayrağımızı sancdıq", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti