...

Türkiyə Azərbaycana pilotsuz zirehli maşınlar ixrac edə bilər

Gündəm Materials 24 Oktyabr 2022 13:37 (UTC +04:00)
Türkiyə Azərbaycana pilotsuz zirehli maşınlar ixrac edə bilər
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin HAVELSAN şirkəti Azərbaycana pilotsuz zirehli maşın ixrac edə bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu bu gün şirkətin İdarə heyətinin sədri Hacı Əli Mantar deyib.

Onun sözlərinə görə, "Barkan" maşınlarının tədarükü ilə bağlı Azərbaycan, Ukrayna və Pakistanla müqavilələr imzalanıb. Bundan başqa sıra digər ölkələrlə, xüsusilə Malayziya, İndoneziya və Qətərlə danışıqlar aparılır.

Şirkət rəhbəri əlavə edib ki, "Barkan" pilotsuz zierhli maşınları hazırda yalnız Türkiyə Silahlı Qüvvələrində istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti