...

Laçın yolundan sülh mesajı: Aksiya iştirakçıları səmaya 44 göyərçin buraxdı (FOTO/VİDEO)

Gündəm Materials 14 Dekabr 2022 18:41 (UTC +04:00)
Laçın yolundan sülh mesajı: Aksiya iştirakçıları səmaya 44 göyərçin buraxdı (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası üçüncü gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşada - Xankəndi-Laçın yolu üzərində keçirilən dinc aksiyanın iştirakçıları havaya sülhün rəmzi olan 44 ədəd göyərçin buraxdılar. Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi Zəfəri simvolizə edir.

Qeyd edək ki, onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti