...

Azad edilmiş ərazilərdə meşə-parkların salınmasına başlanılıb

Gündəm Materials 24 Dekabr 2022 12:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı bildirib.

M.Babayev qeyd edib ki, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

Nazir bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin, su bioresurslarının və təbiət abidələrinin bərpası istiqamətində də görülən tədbirlərdən danışıb.

"IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə birgə bəzi heyvan növlərinin, ilkin mərhələdə ceyran və bezoar keçisinin öz tarixi areallarına reintroduksiyası layihələrinə başlanılıb, cari ildə artıq Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılmışdır.

Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti