...

Rusiya sülhməramlılarına məxsus iki minik avtomobili Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 15 Yanvar 2023 11:17 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus iki minik avtomobili Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 35 gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus iki minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bundan əvvəl isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin yoldan keçidinə şərait yaradılmışdı.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti