Bakı. Trend:
Bu gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş verib.
Trend xəbər verir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş əyalətlərində ciddi dağıntılar var.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb, 2 834 bina dağılıb.
Trend zəlzələ baş verən yerlərdən özəl görüntüləri təqdim edir: