...

NATO Qərargahında Türkiyə üçün 30 ölkənin bayrağı yarıya endirildi

Siyasət Materials 7 Fevral 2023 18:18 (UTC +04:00)
NATO Qərargahında Türkiyə üçün 30 ölkənin bayrağı yarıya endirildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələ, onun ağır fəsadları və ölkədə elan olunan matəmlə əlaqədar NATO Qərargahında Türkiyə üçün 30 üzv ölkənin bayrağı yarıya qədər endirilib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə 7 günlük milli matəm elan edildiyini açıqlayıb.

Fevralın 12-si bazar gününədək bütün ölkədə və xarici nümayəndəliklərdə bayraqlar yarıya qədər endirilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti