...

Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb

Gündəm Materials 15 Fevral 2023 00:36 (UTC +04:00)
Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb

Bakı. Trend:

Malatyada dağıntılar altında qalan dörd azərbaycanlı tələbənin hamısının cəsədi tapılıb.

Trend-in məlumatına görə, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl binanın dağıntıları altında qalan 4 azərbaycanlı tələbələrdən üçünün meyiti tapılmışdı.

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti