...

Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur - Səfirlik

Gündəm Materials 16 Fevral 2023 10:38 (UTC +04:00)
Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur - Səfirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan məlumat yoxdur.

Bu barədə Trend-in sorğusuna Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

“Bir çox vətəndaşımız haqqında məlumat alınıb. İki vətəndaşımız qalıb ki, onlardan hələlik xəbər yoxdur”, - deyə bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti