Bakı. Trend:
Naxçıvanda ASAN Xidmətin açılması ilə bağlı işlər davam edir.
Trend-in məlumatına görə, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki mərkəzlə bağlı son tamamlanma işləri gedir.
"Naxçıvan Nazirlər Kabineti bu istiqamətlərdə işlər aparır. Yəqin ki bu il ərzində mərkəz fəaliyyətə başlayacaq", - deyə o əlavə edib.