...

Qanunsuz olaraq kəsilmiş ağacların daşınmasının qarşısı alınıb

Gündəm Materials 9 Aprel 2023 15:18 (UTC +04:00)
Qanunsuz olaraq kəsilmiş ağacların daşınmasının qarşısı alınıb

Bakı. Trend:

9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.

Trend bu barədə Meşələrin İnkişafı Xidmətinə istinadən məlumat verir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.

"Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda araşdırma aparılır".

Xəbər lenti

Xəbər lenti