...

İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı

Gündəm Materials 2 İyun 2023 12:17 (UTC +04:00)
İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş qondarma “Böyük Ermənistan” xəritəsinin yığışdırıldığı görüntüləri yayılıb.

Trend xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Belə ki, xəritənin yerləşdiyi yerdə böyük ölçülü ekran qoyulub.

Qeyd edək ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti