...

Sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiqi vacibdir - Prezidentin köməkçisi

Gündəm Materials 8 İyun 2023 12:28 (UTC +04:00)
Sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiqi vacibdir - Prezidentin köməkçisi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, sərhəd cinayətkarlığının yeni növ və formalarının meydana çıxdığını, coğrafiyasının genişləndiyini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiq edilməsinin aktuallığını şərtləndirir.

Trend xəbər verir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.

"Bununla bağlı olaraq baş verən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsində kompleks və effektiv yanaşma beynəlxalq terrorizm, separatçılıq, transsərhəd cinayətkarlıq, o cümlədən qanunsuz miqrasiya, narkotik və digər qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitələrdir.

Bununla əlaqədar olaraq sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti altındadır. Son 20 il ərzində dövlət başçısı qırx dəfədən artıq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti