Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Gündəm Xəbər 7 Sentyabr 2023 11:26 (UTC +04:00)
Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 37 dəqiqə 23 saniyə olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti