...

Ən isti yayı keçirdik - NASA

Gündəm Materials 16 Sentyabr 2023 13:10 (UTC +04:00)
Ən isti yayı keçirdik - NASA
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

NASA keçən ay qlobal ölçmələrə əsaslanan iyul temperaturu barədə məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi NASA və ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən məlumat paylaşılıb.

NASA, NOAA, eləcə də, yardım alan digər təşkilatlar dünyada minlərlə meteoroloji stansiyadan istifadə edərək, qlobal temperaturları izləyib. Qeyd edilib ki, bu kontekstdə əldə edilən ən son məlumatlar 2023-cü ilin ən isti il olma ehtimalını artırıb.

Son açıqlamaya görə, geridə qoyduğumuz 2023-cü ilin yay ayları ölçmələrin başladığı 1880-ci ildən bəri Yer kürəsinin gördüyü ən isti mövsüm olub. NASA-nın qeydlərinə görə, 1951-1980-ci illər arasında iyun, iyul və avqust ayları 0,23 dərəcə selsi olub. Bu, yaya görə 1,2 dərəcə isti olub. Avqust ayı iyun və iyul ayları kimi, orta göstəricidən cəmi 1,2 dərəcə isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti