Bakı. Trend:
Bu ilin sonuna kimi muxtar respublikada bütün məlumatlar elektron bazaya yerləşdiriləcək.
Bu barədə Trend-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin rəsmi "X" (twitter) hesabında etdiyi paylaşıma əsasən muxtar respublikanın bütün məlumat və göstəriciləri, statistik hesabatları, xidmətləri və s., "e-naxçıvan" elektron bazasına yerləşdiriləcək. Nəticədə rəqəmsal idarəçilik metodunun tətbiq edilməsi reallaşdırılacaq.
