Bakı.Trend:
Bu qədər ağac əkilməsinə baxmayaraq statistikada belə bir məlumat var ki, əvvəllər şəhərdə ağacların sayı indikindən daha çox olub.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, bunun səbəbi tikinti işləri aparmazdan əvvəl şirkətlər rəy alarkən yaşıllıqların salınması barədə tələblərə sonradan əməl etmirlər deyədir.
"Layihə əsasında tikinti aparılır, amma yaşıllıq sahəsinin salınması yaddan çıxır. Bildiririk ki, artıq müvafiq qurumlara göstəriş verilib. Rəy verilmiş yerlərdə yaşıllığın salınması ilə bağlı vəziyyətə yenidən baxılacaq və tələblərə cavab verməyən ərazilərlə bağlı bir daha müsbət rəy verilməyəcək",- deyə o qeyd edib.