...

Killian Mörfi "ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını qazanıb

Gündəm Materials 11 Mart 2024 04:56 (UTC +04:00)
Killian Mörfi "ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyalı aktyor Killian Mörfi Kristofer Nolanın bioqrafik drama janrında çekilən "Oppenheymer" filmindəki roluna görə "ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını alıb.

Trend-in məlumatına görə, mükafatlandırılma mərasımı "ABC" televiziya şirkəti tərəfindən yayımlanıb.

Daha əvvəl Killian Mörfi bu rola görə "Qızıl qlobus" və Kino Aktyorları Gildiyasının Mükafatına (SAG) layiq görülüb.

Bu il mükafat uğrunda onunla Bredli Kuper (“Maestro”), Cefri Rayt ("Amerikan qiraət"), Kolman Dominqo ("Rastin") və Paul Camatti ("Tərk edilənlər") mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti