...

IoT cihazlarının təhlükəsizliyini necə təmin edək?

Gündəm Materials 16 Oktyabr 2024 12:44 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Müasir dövrdə ağıllı elektron cihazların, xüsusilə də IoT (əşyaların interneti) cihazlarının istifadəsi getdikcə artmaqdadır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, IoT cihazları internetə birbaşa qoşula bilən və müəyyən funksiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş cihazlardır. Ağıllı ev sistemləri, sənaye və tibb sahəsində istifadə olunan bir sıra elektron cihazlar buna misal ola bilər. Bu cür cihazlar internet üzərindən idarə olunduğu üçün onların təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir.

IoT cihazlarının təhlükəsizliyini təmin etmək üçün aşağıdakı təhlükəsizlik tədbirlərinə nəzər yetirə bilərsiniz.

1) Hər bir cihaz üçün mürəkkəb və unikal şifr təyin edin;

2) Cihazların proqram təminatını müntəzəm olaraq yeniləyin;

3) Cihazları əsas Wi-Fi şəbəkənizdən fərqli şəbəyə qoşun;

4) Cihazların məxfilik və təhlükəsizlik parametrlərini yoxlayın və düzgün şəkildə konfiqurasiya edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti