...

İntensiv yağışın fəsadlarının aradan qaldırılması istiqamətində hansı işlər görülür? (VİDEO)

Gündəm Materials 17 Aprel 2025 17:29 (UTC +04:00)
İntensiv yağışın fəsadlarının aradan qaldırılması istiqamətində hansı işlər görülür? (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib.

"Hazırda Bakı şəhəri, həmçinin Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Yevlax və Salyan rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti