Bakı. Trend:
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask öz “X” səhifəsində Azərbaycanla bağlı paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda Azərbaycan bayrağının fonunda “X”-in Azərbaycanda bir nömrəli xəbər tətbiqinə çevrildiyi qeyd olunur.
“X bir-bir ölkələrdə liderə çevrilir”, - deyə mesajda yazılıb.