...

FHN dumanlı hava ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Gündəm Materials 7 Yanvar 2026 10:23 (UTC +04:00)
FHN dumanlı hava ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə FHN-in dumanlı hava ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciətində deyilir.

Bildirilir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti