Bakı. Trend:
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə isitinadən xəbər verir ki, yanvarın 29-da bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Gecə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
