...

Bakıda dərman zəhərlənməsindən bir nəfər ölüb

Hadisə Materials 6 Dekabr 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtında dərman zəhərlənməsindən bir nəfər ölüb. "Bakının Yasamal rayonundakı Mustafayev küçəsi ev 151-də yaşayan Sevinc Əlirzayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb" - Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə axşamı Trend ə bildirilib.

Bakıda son bir həftədə dərman zəhərlənməsi ilə 2 fakt qeydə alınıb. Onların həyatını xilas etmək olub. Azərbaycan Səhiyyə Nazirliyi saxta dərmanların satışının qarşısını almaq məqsədilə apteklərdə yoxlamalar aparır.

DİN-in mətbuat xidmətinin məlumatına görə, faktla bağlı araşdırma aparılır. Dərmanın mənşəyi və hansı aptektdə satıldığı müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti