...

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 29 Avqust 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib.

Nərimanov rayon Prokurorluğundan cümə günü Trend -a verilən məlumata görə, ötən gecə saat 01:20 radələrində Bakının Əhməd Rəcəbli küçəsində, Bakı şəhər sakini Zaur Ramazan oğlu Mustafayev idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarında dayanan yük maşınına vurub.

Nəticədə "Opel" markalı avtomobilin sərnişini 1982-ci il təvəllüdlü Emilya Eldar qızı Mustafayeva aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Digər sərnişinlər Qəribə Əliyeva və Alsun Mustafayev müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərsəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma (263.1-ci) və eyni əməllər ehtiyatsızlıqdan zərərsəkmiş şəxsin ölümünə səbəb olma (263.2-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti