...

Şəkidə kişi özünü yandırıb

Hadisə Materials 6 Sentyabr 2008 02:28 (UTC +04:00)

Azərbaycan, Şəki, 5 sentyabr/ Trend , müxbir E.Quliyev/ Azərbaycanın Şəki şəhərində 75 yaşlı kişi özünü yandıraraq intihar edib. Şəki rayon prokurorluğundan verilən məlumata görə 1933-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olmuş Qarayev Məhərrəm Yaqub oğlu yaşadığı evin çörək bişirmək üçün nəzərdə tutulmuş yerdə - təndirxanada üzərinə dizel yanacağı tökərək özünü yandırıb.Prokurorluğdan mərhumun ruhi xəstə olduğu bildir.

Faktla bağlı AR CM-nin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Şəki respublikanının şimal-qərbində paytaxtdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti