...

Türkiyədə baş vermiş qəzada zərər çəkən azərbaycanlıların əksəriyyəti tibbi yardımdan sonra evə buraxılıb – səfir

Hadisə Materials 6 Oktyabr 2008 14:08 (UTC +04:00)
Türkiyədə baş vermiş qəzada zərər çəkən azərbaycanlıların əksəriyyəti tibbi yardımdan sonra evə buraxılıb – səfir

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir C.Babayeva/ Türkiyədə baş verən qəza nəticəsində zərər çəkən azərbaycanlıların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evinə buraxılıb.

Bazar günü İqdır-İstanbul marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşma nəticəsində aşıb. Qəza nəticəsində 18 nəfər ölüb.

Sərnişinlər arasında təqribən 30 azərbaycanlı olub. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun Ankaradan bazar ertəsi telefonla Trend -a verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikasının sakinləri olan zərərçəkmişlər müxtəlif tipli xəsarət alıblar.

Səfir bildirib ki, azərbaycanlıların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Diplomat deyib ki, təkcə Naxçıvan sakini Fikrət Qurbanovun vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti