...

Azərbaycan Dövlət Neft Akademiyasında atışma nəticəsində həlak olanlardan üçünün adı açıqlanıb (ƏLAVƏ OLUNUB – 10)

Hadisə Materials 30 Aprel 2009 10:08 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında atışma nəticəsində həlak olanlardan üçünün adı açıqlanıb (ƏLAVƏ OLUNUB – 10)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir A.Hüseynbala /

Dörd saylı Dövlət Kliniki Xəstəxana Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda baş verən atışma nəticəsində iki ölən şəxsin və üç yaralının adını açıqlayıb. Azər Bağırov və Savalan Cabbarov öldürülüb, Zemfira Hüseynli, Rəhman Axundov və Muaye Daz (xarici vətəndaş) yaralanıb. Onların hamısı başından yaralanıb.

Həmçinin faciə qurbanları arasında İnterfaks-Azərbaycan informasiya agentliyinin əməkdaşı Anar Əzizovun anası Tamila Əzizovanın da olduğu məlum olub.

İlkin məlumatlara görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda atışma nəticəsində azı 13 nəfər öldürülüb, 18 nəfər yaralanıb. Bu barədə Trend -un müxbiri hadisə yerindən hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Hazırda Musa Nağıyev adına Təxirəsalınmaz və Təcili Tibbi Yardım xəstəxanasına 13 nəfər gətirilib, onlardan yeddisinin həyatını xilas etmək mümkün olmayıb.

Silahlı şəxs cümə axşamı səhər ADNA-nın ikinci korpusunda atəş açıb. Trend -un müxbirinin hadisə yerindən verdiyi məlumata görə, cinayətkar zərərsizləşdirilb.

Bu barədə informasiyanı jurnalistlərə daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiq edib. Digər məlumata görə, silahlı şəxs özü özünü öldürüb

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti