"Moskvada iki azərbaycanlı iş adamının qətli ilə bağlı iş üzrə yaradılmış təhqiqat-əməliyyat qrupu əsas versiya kimi qətlin sifarişli xarakter daşımasını nəzərdən keçirir", - cümə axşamı RİA Novosti-yə RF PTK-nin KİV-lə əlaqələr idarəsindən məlumat verilib.
"Təhqiqat, baş vermiş hadisənin səbəbinin əsas versiyası kimi həlak olanların kommersiya fəaliyyəti zəminində qətlə yetirildiyini, cinayətin sifarişli xarakter daşımasını nəzərdən keçirir", - məlumatda deyilir.
Təhqiqatın məlumatına əsasən, çərşənbə günü yerli vaxtla 20.40-da iki naməlum şəxs "Botik Petra" kafesi ilə üzbəüz, İzmaylov şossesi 69 ünvanının qarşısında içində RF vətəndaşı Məmməddağ Baba oğlu Hüseynov və Azərbaycan vətəndaşı Qəşəm Mədət oğlu Verdiyevin olduğu "BMV"ni atəşə tutub. Aldığı xəsarətlərdən hər iki şəxs yerindəcə dünyasını dəyişib.
Bir müddət əvvəl paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə xəbər verib ki, güllələnmiş azərbaycanlılar qətldə və başqa ağır cinayətlər üzrə beynəlxalq axtarışda olublar. Mənbə həmçinin qeyd edib ki, əməliyyatçıların fikrincə, qətlə səbəb etnik cinayətkar qruplar arasında paytaxtın ən böyük bazarları üzərində təsir sahəsinin bölünməsi ola bilər.
"Ümumilikdə, iş adamlarının olduğu maşına 22 avtomat və 6 tapança atəşi açılıb", - PTK-dan qeyd olunub.
Bu fakt üzrə RF CM-nin 105-ci maddəsinin ikinci bəndi (iki və daha çox adam öldürmə) və 222-ci maddəsi (qanunsuz silah daşıma) üzrə cinayət işi qaldırılıb. Bu maddələr üzrə maksimal cəza müvafiq olaraq 20 və 8 il azadlıqdan məhrum edilmədir.
Bu işin təhqiqatı üçün təhqiqat-əməliyyat qrupu yaradılıb.
"Cinayəti törədənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün lazımi təhqiqat işləri aparılır", - məlumatda deyilir.