...

Azərbaycandan Əfqanstana uçan təyyarə məcburi eniş edib

Hadisə Materials 17 Noyabr 2009 10:35 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, "Azal" aviaşirkətinə məxsus Azərbaycandan Əfqanstana Bakı-Bəhram reysi ilə uçan "İl-76" markalı yük təyyarəsində, havada olarkən qəza şəraiti yaranıb.
Azərbaycandan Əfqanstana uçan təyyarə məcburi eniş edib

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycandan Əfqanıstana uçan təyyarə məcburi eniş edib.

Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, "Azal" aviaşirkətinə məxsus Azərbaycandan Əfqanstana Bakı-Bəhram reysi ilə uçan "İl-76" markalı yük təyyarəsində, havada olarkən qəza şəraiti yaranıb.

Dərhal Nazirliyin qəza-xilasetmə dəstələri hazırlıq vəziyyətinə gətirilib. Göyərtəsində 9 heyət üzvünün olduğu təyyarə saat 19:32-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məcburi eniş edib. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, qəza şəraitinə səbəb təyyarənin şassilərinin birində yaranmış nasazlıq olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti