Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs intihar edib.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 2-dən 3-nə keçən gecə İstintaq Təcridxanasında saxlanılan 41 yaşlı Alim İsmayılov yerləşdiyi kamerada özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
İsmayılov Cinayət Məcəlləsinin satış məqsədi olmadan narkotik vasitələrdən istifadə etmə maddəsi ilə ittiham olunaraq həbs edilib.