...

Türkiyədə yol nəqliyyatı hadisəsində zərərçəkən sərnişinlər arasında Azərbaycan vətəndaşları yoxdur (YENİLƏNİB)

Hadisə Materials 27 Sentyabr 2010 14:43 (UTC +04:00)
Bazar ertəsi Türkiyənin Şanlıurfa şəhərində baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində həlak olan və yaralılar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend-ə şəhərin Mərkəzi Xəstəxanasından bildiriblər.
Türkiyədə yol nəqliyyatı hadisəsində zərərçəkən sərnişinlər arasında Azərbaycan vətəndaşları yoxdur (YENİLƏNİB)

RED.: ƏLAVƏSİ: Zərərçəkənlər haqqında məlumat yenilənib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Bazar ertəsi Türkiyənin Şanlıurfa şəhərində baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində həlak olan və yaralılar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend-ə şəhərin Mərkəzi Xəstəxanasından bildiriblər.

"Bütün zərərçəkənlər İran vətəndaşlarıdır, onların arasında Azərbaycan vətəndaşları yoxdur", - xəstəxanadan deyiblər.

Türkiyə KİV-in məlumatına görə, Türkiyənin şərq əyalətində baş vermiş ağır yol nəqliyyatı hadisəsi nəticəsində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb.

İran zəvvarlarının olduğu avtobus Suriyaya gedirmiş.

İlkin məlumatlara görə, avtobusun sürücüsü azərbaycanəsilli İran vətəndaşı - 31 yaşlı İbrahim Dadaşoğlunun idarəetməni itirməsi nəticəsində avtobus su arxına düşüb.

Trend-ə şəhərin mərkəzi yol idarəsindən verilən məlumata görə, YNH sürət həddini ötən sürücünün təqsiri ucbatından baş verib.

Xəbər lenti

Xəbər lenti