...

Azərbaycan DİN xalq artisti Faiq Ağayevə hücum məsələsinə aydınlıq gətirib

Hadisə Materials 27 Sentyabr 2010 14:11 (UTC +04:00)
Azərbaycan DİN xalq artisti Faiq Ağayevə hücum məsələsinə aydınlıq gətirib.
Azərbaycan DİN xalq artisti Faiq Ağayevə hücum məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan DİN xalq artisti Faiq Ağayevə hücum məsələsinə aydınlıq gətirib.

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində Faiq Ağayevin idarə etdiyi 10-FA-222 dövlət nömrə nişanlı "AUDI" markalı maşının sərnişinləri ilə "VAZ-2107" markalı maşının sərnişinləri arasında mübahisə yaranıb. Bu barədə Trend-ə DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, mübahisə xalq artisti və iki sərnişinin çoxsaylı bıçaq yaraları alması ilə nəticələnən insidentə səbəb olub.

Bakının Nəsimi Rayon Prokurorluğunda Azərbaycanın xalq artisti Faiq Ağayevə və onun cangüdənlərinə hücum faktı üzrə Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən);126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddələri üzrə törədilən cinayətlə bağlı iş qaldırılıb. Bu barədə bazar ertəsi Trend-ə prokurorluqdan məlumat veriblər.

Hazırda Azərbaycanın xalq artisti Faiq Ağayevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Bu barədə Trend Life-a Tibbi Kliniki Mərkəzin cərrah-travmatoloqu Siyamək Nani deyib. Onun sözlərinə görə, əməliyyat 1 saat yarım - 2 saat çəkib.

"Azərbaycanın xalq artisti əməliyyatdan sonra özünə gəlib və artıq danışır. Faiq Ağayev və onun cangüdənləri səhər saat 6-da müğənninin şəxsi maşınında xəstəxanaya çatdırılıblar. Müğənnini klinikada əməliyyat ediblər; xalq artistinin qarın nahiyəsində daxili dəlib-keçən yarası var", - Nani deyib.

Xəbər lenti

Xəbər lenti