...

Bakıda yaşayış evində partlayış baş verib, bir ailənin 5 üzvü xəsarət alıb

Hadisə Materials 3 Noyabr 2010 12:36 (UTC +04:00)
Suraxanı rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən gecə rayonun Hövsan qəsəbəsi Şabanov küçəsi ev 1/18 ünvanında 3 otaqlı evdə baş verən partlayış nəticəsində ev sahibi Ceyhun Hacıyev, həyat yoldaşı, iki qızı və bir oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Bakıda yaşayış evində partlayış baş verib, bir ailənin 5 üzvü xəsarət alıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində baş verən partlayış zamanı bir ailənin 5 üzvü yaralanıb.

Suraxanı rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən gecə rayonun Hövsan qəsəbəsi Şabanov küçəsi ev 1/18 ünvanında 3 otaqlı evdə baş verən partlayış nəticəsində ev sahibi Ceyhun Hacıyev, həyat yoldaşı, iki qızı və bir oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsindən Trend-ə bildirilib ki, ailənin 3 üzvü - ana və iki uşağı reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti