Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bakı şəhər Yol Polisi İdarəsindən çərşənbə günü Trend-ə bildiriblər ki, mayın 4-ə keçən gecə saat 01:30 radələrində 20 Yanvar küçəsində ağır yol qəzası baş verib. Yol qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.
Qəzada 18 yaşlı Nicat Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil, qarşı tərəfdən gələn Zöhrab Hüseynovun idarə etditiyi "TATRA" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən "VAZ-2107" çevrilərək yaxınlıqdan keçən "Hyundai-Santafe" markalı maşına da çırpılıb.
Qəza zamanı Məmmədov aldığı xəsarətdən yerindəcə keçinib, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.