Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda iki bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Qax rayonunun Əlibəyli kəndi ərazisində, kənd sakini Qoqita Basalaşvili "T-150" markalı traktoru arxaya verərkən həmkəndlisi Ramazan Hacıyev ehtiyatsızlığı nəticəsində onun altında qalaraq ölüb.
İsmayıllı rayonunun Hacıhətəmli kəndində isə kənd sakini 13 yaşlı Sərvər Azayev həyətdəki ağacdan yıxılaraq ölüb.
Azərbaycanda iki bədbəxt hadisə nəticəsində iki nəfər ölüb
Azərbaycanda iki bədbəxt hadisə nəticəsində iki nəfər ölüb
