...

Bakıda oğurlanan maşın Ağcabədidə tapılıb

Hadisə Materials 9 May 2011 13:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də Binəqədi rayonu ərazisində oğurlanan Rəsul Yusifbəyliyə məxsus "Mitsubishi Pajero" markalı avtomaşın mayın 7-də Ağcabədi rayonunda tapılıb.
Bakıda oğurlanan maşın Ağcabədidə tapılıb

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda oğurlanan maşın Ağcabədidə tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 5-də Binəqədi rayonu ərazisində oğurlanan Rəsul Yusifbəyliyə məxsus "Mitsubishi Pajero" markalı avtomaşın mayın 7-də Ağcabədi rayonunda tapılıb.

Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini Fuad Cəfərov avtomobillə birgə saxlanılıb.

O, qara boya ilə avtomaşının dövlət qeydiyyat nişanındakı "C" hərfini "O" hərfinə, "3" rəqəmini isə "8" rəqəminə çevirib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti