...

Niderlandda əslən azərbaycanlı olduqları güman edilən üç nəfər öldürülüb

Hadisə Materials 17 May 2011 11:11 (UTC +04:00)
Bu gün Hollandiyanın Zveyndrext şəhərindəki (Cənubi Hollandiya əyaləti) evlərində üç nəfər - ana və iki uşağı güllələniblər. Onların əslən azərbaycanlı olduqları ehtimal edilir. Daha bir nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Niderland polisinə istinadən xəbər verir.
Niderlandda əslən azərbaycanlı olduqları güman edilən üç nəfər öldürülüb

Azərbaycan, Bakı, 17 may /Trend/

Bu gün Hollandiyanın Zveyndrext şəhərindəki (Cənubi Hollandiya əyaləti) evlərində üç nəfər - ana və iki uşağı güllələniblər. Onların əslən azərbaycanlı olduqları ehtimal edilir. Daha bir nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Niderland polisinə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarında öldürülənlərin əslən Azərbaycandan olduqları təsdiqlənməyib, lakin yerli sakinlər bunu əminliklərini bildiriblər. Polisi də məhz onlar çağırıblar.

Faciənin səbəbi hələlik məlum deyil. "Biz bütün versiyaları araşdırırıq", - polisin nümayəndəsi bəyan edib. Təhqiqat aparılır, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Xəbər lenti

Xəbər lenti