Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda mağazalardan oğurluq etmiş şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-nə keçən gecə Zaur Abbasov və Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olan Zöhrab Şamilov Bülbülə qəsəbəsində Binə qəsəbə sakini Hacıəli Rəhimova məxsus mağazadan qapını sınldırma yolu ilə pul, danışıq kartları, ərzaq məhsulları oğurlayıblar.
Onlar həmin gecə Əmircan qəsəbəsində Sənubər Musayevaya və Fikrət Məmmədova məxsus mağazalardan oğurluğa cəhd etdiklərinə və kassa aparatlarını yararsız hala saldıqlarına görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Müəyyən olunub ki, onlar yanvar, fevral və aprel aylarında Suraxanı və Əmircan qəsəbələrində Xalidə Qələndərovaya, Ziyafət Hüseynova, Qəzənfər Hüseynova və Sahib İmamverdiyevə məxsus mağazaladan pul, danışıq kartları, siqaret və ərzaq məhsulları oğurlayıblar.
Həmin şəxslər barəsində cinayət işi başlanıb.