...

Astanada avtomobilin partlaması nəticəsində iki nəfər ölüb

Hadisə Materials 24 May 2011 12:13 (UTC +04:00)
Çərşənbə axşamı Astanada Milli Təhlükəsizlik Komitəsi (MTK) departamentinin müvəqqəti saxlanma təcridxanasının binası yanında avtomobilin partlaması nəticəsində iki nəfər həlak olub.
Astanada avtomobilin partlaması nəticəsində iki nəfər ölüb

Qazaxıstan, Astana, 24 may /Trend, müxbir A.Maratov/

Çərşənbə axşamı Astanada Milli Təhlükəsizlik Komitəsi (MTK) departamentinin müvəqqəti saxlanma təcridxanasının binası yanında avtomobilin partlaması nəticəsində iki nəfər həlak olub. Trend-in məlumatına görə, Bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat katibi Oraz Nurdilda Astanada mətbuat konfransında bildirib.

Çərşənbə axşamı gecə MTKD MST-nin binası yanında antomobil yanaraq partlayıb. Qazaxıstan MTK-nın mətbuat katibi Kenjebulat Beknazarovun Trend-ə verdiyi məlumata görə, bu, şəhərin istənilən rayonunda baş verə biləcək adi hadisədir.

"2011-ci il mayın 24-də saat 03:37-də Astana şəhər DİD Mərkəzi Əməliyyat İdarəsinə Şıntas döngəsində 6 saylı evin yaxınlığındakı boş ərazidə partlayış baş verdiyi barədə məlumat daxil olub", - Qazaxıstan DİN mətbuat xidməti bildirib.

"Operativ-istintaq qrupu tərəfindən hadisə yerində S 103 TEM dövlət nömrə nişanlı, 1991-ci il buraxılışlı, qırmızı rəngli "Audi-100" markalı avtomobil aşkar edilib. Maşında iki nəfər naməlim kişi meyiti, 1962-ci il təvəllüdlü, qırğızıstanlı, Pavlodar vilayətinin Ekibastuz şəhərində yaşayan Kelpler Dmitri Yuryeviçin adına sürücülük vəsiqəsi və ov bileti, 1985-ci il təvəllüdlü QR vətəndaşı, Ekibastuz şəhər sakini Çeremuxin İvan Aleksandroviçin adına pasprot aşkar edilib. Sonuncu oğurluğa, iki dəfə dələduzluğa, eləcə də cinayət yolu ilə əldə olunan əmlakın alqı-satqısına görə mühakimə olunub. Buradan, həmçinin nasaz vəziyyətdə olan "Sony-Eriksson" markalı mobil telefon da tapılıb", - məlumatda deyilir.

İlkin versiyaya görə, həmin şəxslərin ölümünə səbəb içərisində zədə törədən əşyaların (boltlar, mismarlar, qaykalar və s.) olmadığı əldəqayırma partlayıcı maddənin qeyri-iradi partlayışı olub.

Polisin məlumatına görə, hadisə yerinə baxış zamanı məlum olub ki, partlayış boş ərazidə, yaşayış evlərindən və istehsalat obyektlərindən kənarda yerləşən avtomobildə baş verib. Partlayış dalğası yaxınlıqda yerləşən binaların şüşələrini qismən sındırıb.

"Göstərilən vəziyyət terror aktı əlamətlərinin olmadığını sübut edir", - məlumatda deyilir.

Partlayış faktı üzrə zəruri istintaq tədbirləri görülür, partlayış-texniki ekspertiza təyin edilib.

Xəbər lenti

Xəbər lenti